İstanbulda leysan yağışları 1,8 minə yaxın binaya ziyan vurub

Dünya

06.09.2023 - 13:03

cedabet dərman SEO Xidməti

Təbiət hadisəsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Çərşənbə axşamı axşam saatlarında yağan güclü leysan nəticəsində İstanbulda 1,8 minə yaxın ev, mağaza və ofis su altında qalıb. AYNA xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Təbiət hadisəsi nəticəsində iki nəfər ölüb. Bunlar 57 yaşlı Yıldız Yurtseven və 32 yaşlı Qvineya vətəndaşı İraman Kabidir. Hadisə nəticəsində xəsarət almış 12 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

İstanbul Şəhər Prokurorluğu ölüm faktları ilə bağlı araşdırmalara başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş