İsraildə peyvənd olunanların sayı 1 milyona çatıb

Dünya

01.01.2021 - 23:30

Ölkənin 10 faizindən çoxuna vaksin vurulub

 

İsraildə COVID-19 peyvəndi tətbiq edilən vətəndaşların sayı 1 milyona çatıb. 

 

AYNA xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu KİV-ə açıqlamasında bildirib.  O qeyd edib ki, 9,3 milyon insanın yaşadığı ölkənin 10 faizindən çoxuna vaksin vurulub. 

 

Qeyd edək ki, ölkədə peyvəndin tətbiqinə 20 dekabr tarixində start verilib. 

Müəllif: Ayna.az