İsrail ordusu ölən əsgərlərinin sayını açıqlayıb

Dünya

04.12.2023 - 10:41

Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində ümumilikdə 398 İsrail əsgəri həlak olub

Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində ümumilikdə 398 İsrail əsgəri həlak olub. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” ölkənin Müdafiə Ordusuna istinadən xəbər verib.

İsrailin Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal hərəkatına qarşı keçirdiyi əməliyyat zamanı daha iki əsgərin öldürüldüyü, hücumun başlanmasından bu yana ölən əsgərlərin ümumi sayının 72-yə çatdığı dəqiqləşdirilir.

“HƏMAS-ın ölkəyə hücum etdiyi gün ən böyük itkini İsrail ordusu verib”, - materialda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağında yüksək intensivlikli əməliyyat keçirmək niyyətində olduğu məlum olub.

Müəllif: Ayna.az