İsrail HƏMAS-ın elit bölmələrinin qərargahına hava zərbələri endirib

Dünya

12.10.2023 - 11:31

cedabet dərman SEO Xidməti

İsrail Müdafiə Qüvvələri məlumat yayıb

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın elit Noxba bölməsinin qərargahına hava zərbəsi endirib. AYNA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Noxba briqadasının üzvləri oktyabrın 7-də baş verən hücum zamanı fələstinli yaraqlılardan ibarət qruplara rəhbərlik ediblər: “Noxbanın elit qüvvələri HƏMAS-ın yüksək rütbəli əməliyyatçıları tərəfindən seçilən və basqın, hücum, gizli tunellər vasitəsilə sızma kimi terror aktları həyata keçirmək üçün təyin edilmiş terrorçulardan ibarətdir”.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ordusu HƏMAS qruplaşmasından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirdiyini açıqlayıb. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş