Co Bayden yardımları nəzərdə tutan qanun layihəsini konqresmenlərə təqdim edəcək
İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” üç rəsmi mənbəsinə istinadən yazıb.
Qeyd edilib ki, bu məbləğ Ağ Evin Konqresdə Ukraynaya ayırmaq barədə razılığa gəlməyi planlaşdırdığı məbləği - 2 milyard dolları ciddi şəkildə üstələyir.
Bildirilib ki, Prezident Co Bayden Nümayəndələr Palatasının yeni spikeri seçdikdən sonra yardımları nəzərdə tutan qanun layihəsini konqresmenlərə təqdim edəcək.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Vaşinqtonun eyni vaxtda Ukrayna və İsrailə “biz olmasaq, bəs kim?” ifadəsi ilə kömək edə biləcəyinə işarə edib. Onun sözlərinə görə, ABŞ dünya tarixində ən qüdrətli ölkədir, ona görə də özünün beynəlxalq təhlükəsizliyinə xələl gətirmədən hər iki dövləti dəstəkləməyə qadirdir.