Ölkədə virusdan 2696 nəfər ölüb, 40 minə yaxın insanda yoluxma qeydə alınıb
İspaniyada koronavirusdan ölənlərin sayı bir gündə 514 nəfər olub, ölkədə vəziyyət sürətlə pisləşir. AYNA xarici mediaya əsasən xəbər verir ki, rəsmi rəqəmlərə görə, ölkədə virusdan 2696 nəfər ölüb, 40 minə yaxın insanda yoluxma qeydə alınıb.
Ən pisi odur ki, təsdiqlənmiş yoluxmalar arasında 5400-ə yaxın tibb işçisi var.
Qeyd edək ki, İspaniya bu günə qədər 6000-dən çox ölüm qeyd edən İtaliyadan sonra Avropada ən çox Covid-19 bəlasından təsirlənən ölkədir. Paytaxt Madrid, Kataloniya və Baskda mübarizə tədbirləri gücləndirilsə də, digər bölgələrdə də infeksiya sayı artır. Paytaxtla yaxın olan Castilia-La Mancha və Castillay Leonda yaşlı insanlar çox olduğundan ən riskli bölgə sayılır.