Virusdan həyatını itirənlərin sayı isə 533-ə çatıb
İspaniyada koronavirusa yoluxanların sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanların sayının 13 min 716-a yüksəldiyi açıqlanıb.
Virusdan həyatını itirənlərin sayı isə 533-ə çatıb.
Qeyd edək ki, İspaniyada pandemiyaya görə fövqaladə vəziyyət elan edilib və insanlara küçəyə çıxmaq qadağası qoyulub.