İspaniya Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcək

Dünya

02.06.2026 - 14:59

“Madrid gərginləşməyə səbəb ola biləcək heç bir hərəkətdə iştirak etməyəcək"

İspaniya hökuməti krallığın Hörmüz boğazında münaqişəni qızışdıra biləcək hər hansı hərbi əməliyyatda iştirakı ehtimalını istisna edib. AYNA.AZ xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Britaniyanın  “Financial Times”  (FT) qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Madrid "gərginləşməyə səbəb ola biləcək heç bir hərəkətdə iştirak etməyəcək".

Albarez təklif olunan ABŞ-İran razılaşması baş tutmazsa, İspaniya hərbi qüvvələrinin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək missiyasında iştirakının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib: “Biz inanırıq ki, bu böhranın hərbi həlli yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş