“İşıqpulu şoku” və yenə eyni stansiyaya çatdıq – <font color=red> İNHİSAR</font>

Cəmiyyət

17.08.2020 - 19:48

Vətəndaşlar elektrik sayğaclarına müdaxilə edilməsindən şübhələnirlər

 

Son zamanlar əhaliyə gələn yüksək elektrik enerjisi borcları sosial şəbəkədə geniş müzakirə edilir. İstifadəçilər kütləvi şəkildə niyə iyul ayında gələn hesabların digər aylardan kəskin şəkildə çox olduğunu soruşur və sayğacların göstəricilərinə şübhə edirlər.

 

Günəşli ölkəmizdə yayın ortasında elektrik istehlakının artması təəccüblü görünməzdi. Həqiqətən, iyul ayında istilər səbəbindən əhali kondisionerlərdən, sərinkeşlərdən və digər avadanlıqlardan daha çox istifadə edir. Lakin vətəndaşlar bildirirlər ki, ötən ay elektrik enerjisi ödəmələri sakinlər tərəfindən müvəqqəti tərk edilmiş mənzillərə də gəlib. İstehlakçılar öz sayğaclarının şübhəli şəkildə yüksək rəqəmlər göstərdiyindən şübhəlidirlər.

 

Yeri gəlmişkən, əsassız olaraq artan elektrik enerjisi hesabları ilə bağlı suallar ilk dəfə deyil ki, yaranır. Ötən illərdə də süni şəkildə artırılan hesablar və sayğacların oxunuşlarına müdaxilə barədə vətəndaşların kütləvi narazılığı enerji paylayıcı şirkəti mətbuatda təkziblə çıxış etməyə məcbur etdi. Keçən il bütövlükdə insidentsiz keçdi, indiki vəziyyətdə isə problem təkrarlanır - sosial şəbəkələrin istifadəçiləri kütləvi şəkildə şübhəli böyük hesabların gəldiyini qeyd edirlər.

 

Mətbuata açıqlama verən “Azərişıq” ASC-nin Elektrik enerjisi satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli istehlakçılara sosial şəbəkələrdə yayılan məlumatlara inanmağı, bundan sonra şikayətlərini birbaşa "Azərişıq"a ünvanlamağı tövsiyyə etdi. Onun sözlərinə görə, 2018-ci ildə belə şikayətlər olmuşdu.

 

“Səbəbi isə ötən il və bu il elektrik enerjisinin həcminin istehlakının əvvəlki illərə nisbətən çoxalması ilə əlaqədar idi. Statistikaya baxsanız, 2018-ci ilin iyun-iyul aylarında istehlak artımı 400 milyon kilovat/saatdan çox idi, 2019-cu ildə bu göstərici az idi - 141 milyon kilovat/saat. Bu ilin iyun-iyul aylarında 201 milyon kilovat/saata yaxın artım qeydə alınıb”, - Nəbibəyli deyib.

 

Rəsminin sözlərinə görə, istehlakçıların istifadə etdiyi enerji istehlakının artması, sayğaclarda qeydə alınan rəqəmlər - bunların hamısı birbaşa gücdən, keyfiyyətdən, həm də mənzillərində quraşdırılan soyutma sistemlərinin və digər avadanlıqların texniki parametrlərindən asılıdır. Sayğaclara gəldikdə, ASC təmsilçisi bildirib ki, onlar beynəlxalq standartlara uyğun olaraq istehsal olunur, burada sayğacın bağlanması üçün yuvanın, displeyin, ölçmə mexanizminin, hesablama vahidinin xarici müdaxilələrə davamlı olduğu, yəni sayğacın işinə müdaxilə etməyin mümkün olmadığı qeyd olunur.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Azərbaycan İnternet Forumunun prezidenti, telekommunikasiya sahəsi üzrə mütəxəssis Osman Gündüz AYNA-ya açıqlamasında, bu problemin ötən il də yaşandığını və hələ də açıq qaldığını deyib: “Bu problemi keçən ilin yayında araşdırdıq. Həmin il bir bləkdaunun ardından, həddindən artıq böyümüş hesablar abunəçilərin sayğacların oxunuşlarının düzgünlüyünə dair şübhələrini artırmışdı”.

 

“Səbəblərdən danışarkən, cihazların nasaz işləməsində problem kütləvi olduğundan, insan amili, yəni əllə manipulyasiyalar istisna edildi. Eyni zamanda, "Azərişıq”ın ödəmə və ötürmə sistemində texniki problemlərin olma ehtimalı qəbul edildi. Vətəndaşların elektrik enerjisi ilə bağlı narazılıq dalğası bləkdaundan sonra yarandığı üçün səlahiyyətlilərin dəyən zərərin ödənilməsi üçün belə bir yol seçdiyi ehtimal edildi: Dəyən zərər vətəndaşlardan yığılmalı olan orta bir məbləği toplamaq üçün sayğaclara əllə manipulyasiya edilir. Ancaq bu seçim çox risklidir və kütləvi olduğu üçün mümkünsüz görünür”, - ekspert bildirib.

 

Gündüz qeyd edib ki, bu yay vəziyyət təkrarlanır: “Abunəçilər iyul ayı üçün bildirişlərdə göstərilən məbləğin həqiqi istehlakdan dəfələrlə çox olması barədə şikayət edirlər. "Azərişıq" sayğaclar alır, şirkət özünün məlumat sistemlərini, həmçinin hesablama sistemini inkişaf etdirir və sayğaclarla idarəetmə mərkəzi arasındakı əlaqə bu təşkilatın özəl məhsuludur”.

 

“Eyni zamanda, daxili və xarici müdaxilələrdən sistemlərin sabitliyi və təhlükəsizliyi dərəcəsi ilə bağlı suallar qalır. İndiyə qədər informasiya sistemlərinin auditi müvafiq dövlət və beynəlxalq təşkilatlar tərəfindən aparılmayıb, çünki mövcud qanunvericiliyə görə, informasiya təhlükəsizliyi sahəsində yoxlamalar könüllüdür. Görünür, bu səbəbdən ASC yoxlama üçün müraciət etməyib”, - müsahibimiz fikrini yekunlaşdırıb.

Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli ...

İstehlakçıların yüksək məbləğdə ödəmə hesabları almaları barədə şikayətlər Azad İstehlakçılar Birliyinə də gəlir. Bu qurumun rəhbəri Eyyub Hüseynov AYNA-ya deyib ki, dövlət şirkətlərinin inhisar mövqeyi əhalini seçim imkanlarından məhrum edir və istehlakçılara öz qaydalarını təkbaşına diktə edən xidmət sektorlarında tədbirlər görmək çox çətindir.

Müəllif: Tanya Samsonova