Yeni Dehli İslamabadı pozuntuları aradan qaldırmağa və vəziyyəti ciddi qəbul etməyə çağırıb
“Pakistan Hindistanla atəşkəs razılaşmasını pozub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri deyib.
“Hindistan və Pakistanın hərbi əməliyyatlar üzrə baş direktorları arasında dünən axşam saatlarında əldə edilmiş razılaşmanın dəfələrlə pozulması halları baş verib”, - deyə rəsmi bildirib.
Misri qeyd edib ki, Hindistan Silahlı Qüvvələri bu pozuntulara adekvat cavab veriblər.
Yeni Dehli islamabadı pozuntuları aradan qaldırmağa və vəziyyəti ciddi qəbul etməyə çağırıb.
Qeyd edək ki, Hindistan və Pakistan arasında atəşkəs dünən Bakı vaxtı ilə saat 15:30-da qüvvəyə minib.