Bakının boğazına “xəncər” dirəyiblər – <font color=red> Bu da NƏTİCƏ</font>

Cəmiyyət

11.12.2019 - 21:06

“Hər bir obyekt zonalaşma baxımından münasib ərazilərdə tikilməli, şəhərsalma və tikinti normalarına uyğun olmalıdır”

 

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar, helikopterlər və təyyarə cəlb olunsa da, yanğını uzun müddət söndürmək mümkün olmayıb. Nəticədə bazar tamamilə yanaraq külə dönüb.

 

Hadisə səbəbindən Bakının yeganə şimal giriş-çıxışı olan Bakı-Sumqayıt yolu tamamilə bağlandı. İnsanlarla saatlarla yollarda qaldılar, hərəkət iflic oldu, istehsal müəssisələri ziyan gördü, bir sözlə, ölkə maddi və mənəvi travma yaşadı.

 

Baş verənlər zaman-zaman ortalığa çıxan bir sualı yenidən aktuallaşdırdı: Strateji əhəmiyyətli sayılacaq magistralın üstündə, yolun tam bitişiyində, magistralı daraldacaq və nəqliyyatın hərəkətinə maneə yaradacaq məsafədə obyektlərin tikilməsi hansı məntiqin məhsuludur? Şahidi olduq ki, yanğınsöndürən maşınların öz işini görə bilməsi üçün yol tamamilə hərəkətə bağlandı...

 

Milli Məclisin (MM) İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov AYNA-ya açıqlamasında deyib ki, istənilən növ tikinti normalara və qaydalara uyğun olmalıdır: “Hər bir tikinti yerləşdiyi ərazidən asılı olmayaraq zonalaşma baxımından münasib ərazilərdə tikilməli, şəhərsalma və tikinti normalarına uyğun olmalıdır. Bu normalar özündə həm arxitektura, həm şəhərsalma, həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmalıdır”.

Mərahim Nəsib