“Həll yolu tapmaq çətindir, onlar min ildir mübarizə aparırlar"
ABŞ Prezidenti Donald Tramp gecələr onu yatmağa qoymayan Rusiya-Ukrayna münaqişəsinə son qoymaq səylərindən və artan məyusluqdan danışıb. AYNA.AZ “The Wall Street Journal”a istinadən bildirir ki, ABŞ lideri Florida ştatında aparıcı donorlar qrupu qarşısında çıxış edərkən müharibə barədə söz açıb.
Bir donorun xarici siyasətdəki ən böyük problemləri ilə bağlı sualına Tramp deyib ki, “Rusiya Prezidenti Vladimir Putin hər şeyi istədiyi üçün münaqişənin həlli çətindir”.
“Qəzzadakı müharibəni bitirmək də çox çətindir. Çünki həll yolu tapmaq çətindir. Onlar min ildir mübarizə aparırlar", deyə Tramp qeyd edib.