XİN başçısı: "AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir"

Siyasət

10.05.2025 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir.

AYNA.AZ "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Onlar bildirirlər ki, bu məsələyə dair istintaq davam etdirilir".

Nazir bu çərçivədə təmasların davam etdiyini vurğulayıb.  

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş