Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb

Dünya

10.05.2025 - 23:37

Həkimlər Klinikalar SEO Xidməti

Ankara tərəfləri bu imkandan maksimum istifadə etməyə çağırıb

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq. AYNA.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Pakistan və Hindistanın atəşkəs qərarı ilə əlaqədar açıqlamasında bildirilib.

Qeyd olunub ki, Ankara tərəfləri birbaşa və sağlam dialoq qurmaq üçün bu imkandan maksimum istifadə etməyə çağırıb.

Vurğulanıb ki, Cənubi Asiyada davamlı sabitliyi təmin etmək üçün terrorizmlə mübarizə də daxil olmaqla, oxşar gərginliyin qarşısını alacaq dialoq mexanizmlərinin yaradılmasının zəruriliyi göz qabağındadır.

Türkiyə XİN-dən başda ABŞ olmaqla, atəşkəsə töhfə verən bütün ölkələrə təşəkkür də bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş