Yuxusuzluğa səbəb olan qidalar

Cəmiyyət

14.12.2019 - 23:41

Bir qrup həkim araşdırma əsasında yuxusuzluğa səbəb olan qidaları müəyyənləşdirib

 

Karbohidratlarla zəngin qidanın davamlı qəbulu yuxsuzuluğun əsas səbəbidir. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin həkim və cərrahlardan ibarət tədqiqat qrupu qənaətə gəlib. 

 

Məlumatda qeyd olunur ki, 50 min qadının gündəlik qida rasionu üzrə iş aparan həkimlər belə nəticəyə gəliblər ki, ağ un, düyü, şəkər qanda şəkərin miqdarını artırmaqla yanaşı, beyində yuxu neyronlarına pis təsir edir. Nəticədə yuxusuzluq meydana çıxır. Qanda şəkər qalxdıqda orqanizm insulin ifraz edir, bu zaman hormonal təsirlər və adrenalin meydana gəlir. 

 

Bu səbəbdən alimlər meyvə və tərəvəzlə qidalanmağa üstünlük verməyi məsləhət  görürlər.

Müəllif: Raminə Eyvazqızı