Azərbaycanda vərəmə yoluxanların sayı açıqlandı

Cəmiyyət

30.07.2019 - 08:27

376 nəfər Bakı şəhərinin payına düşür
 
2019-cu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb. AYNA APA-ya istinadən xəbər verir ki, onlardan 1320-si kişi, 627-si qadındır. Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.
 
Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər.
 
Lakin son illər üzrə hesabatlar göstərir ki, Bakı şəhəri üzrə 100 000 əhaliyə xəstələnmə göstəricisi respublika üzrə göstəricidən aşağı olur. 
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə