Xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Türkiyənin İstanbul şəhərində metrobusun dayanacaqda dayanan başqa bir metrobusla toqquşması nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb.
AYNA.AZ “Anadolu” ya istinadən xəbər verir ki, hadisə Beylikdüzü rayonunda qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin durumunun ağır olduğu bildirilir.