Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə

10.05.2025 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ-ın “Report”a istinadən məlumat verir ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Xanbalayev Murad Tahir oğlu idarə etdiyi “Mercedes” avtomobili ilə hərəkətdə olarkən piyada, 1994-cü il təvəllüdlü Xudiyev Sadiq Qəfər oğlunu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş