İraqda daha 6 etirazçı öldürülüb

Dünya

13.12.2019 - 07:28

Həkimlər Klinikalar SEO Xidməti

Oktyabrın 1-dən ölkəni etiraz dalğası bürüyüb 

 

İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslər etirazçılara növbəti dəfə atəş açıb.

 

AYNA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

 

“Təhrir” meydanında baş verən silahlı insident nəticəsində altı nəfər öldürülüb.

 

Qeyd edək ki, ölkədə 1 oktyabrdan başlayan etirazlarda 510 nəfər öldürülüb, 21 min nəfər xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş