İranın iki vilayətində terror qruplaşmaları məhv edilib

Dünya

19.07.2020 - 14:01

Həkimlər Klinikalar SEO Xidməti

Terrorçular ölkəyə müxtəlif aksiyalar keçirmək üçün qeyri-qanuni yollarla daxil olublar

 

İranın Fars və Kürdüstan vilayətlərində terror qruplaşmaları zərərsizləşdirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

 

Məlumatda bildirilib ki, Fars vilayətinin Şiraz şəhərində yaxalanan terrorçular İranda müxtəlif terror aksiyalarını həyata keçirmək üçün ölkəyə qeyri-qanuni yollarla daxil olublar. Eyni məqsədlə Kürdüstana gələn terrorçular əməliyyat zamanı SEPAH-ın kəşfiyyat idarəsinin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə 2 nəfər terrorçu məhv edilib. Hazırda terror qruplarının əlaqələri müəyyən edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş