İrandakı zəlzələdə 16 nəfər xəsarət alıb

Dünya

25.05.2020 - 07:35

Onların hamısı zəlzələdən qorxub qaçan zaman travma alıblar

 

Dünən İranda 5.2 bal gücündə baş verən zəlzələ zamanı 16 nəfər xəsarət alıb. AYNA bildirir ki, bu barədə İran Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

 

Zəlzələdən zərər çəkən bir nəfərə yerində, 15 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib. Xəstəxanalarda tibbi yardım göstərilənlərin hamısı dünən axşam saatlarında evə buraxılıb.

 

Məlumatda o da qeyd olunub ki, onların hamısı zəlzələdən qorxub qaçan zaman travma alıblar.

 

Müəllif: Ayna.az