İranda koronavirusdan ölənlərin sayı 6-ya çatdı

Dünya

22.02.2020 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

İranda koronavirusa daha 10 nəfər yoluxub, onlardan biri dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bununla da sözügedən ölkədə “Covid-19”dan ölənlərin sayı 6 nəfərə çatıb.

 

İran dövlət televiziyası Tehranda 13-cü bölgənin bələdiyyə sərdi Murtaza Rəhmanzadənin koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildiyini və analiz nəticələrinin müsbət çıxdığına dair məlumat yayıb.

 

Bələdiyyənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kiyanuş Cəfəri “Tasnim” agentliyinə açıqlamasında məlumatı təkzib edib: “Murtaza Rəhmanzadə ağıciyərində yaranmış problemə görə fevralın 11-də xəstəxanaya yerləşdirilib. Vəziyyəti hazırda yaxşıdır. Müalicədən sonra evə buraxılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş