İranda COVID-19-a yoluxma artan tempdədir

Dünya

07.06.2020 - 18:07

2 min 596 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır

 

İranda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir. AYNA xarici mediaya istinadən bildirir ki, son 24 saat ərzində İranda 2 min 436 nəfər koronavirusa yoluxub, 72 nəfər isə həyatını itirib.

 

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpurun açıqlamasına görə, bu günə kimi İranda 171 min 789 nəfər virusa yoluxub, 8 min 291 nəfər isə ölüb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 134 min 349 nəfər sağalaraq evə buraxılıb.

 

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 596 nəfər COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır.

Müəllif: Ayna.az