İranda qəza nəticəsində 40 nəfər yaralanıb
İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki avtobus qəzaya uğrayıb.
AYNA-nın xəbərinə görə, hu barədə Tehran əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.
Məlumata görə , bu gün saat 7:35-də İmam Xomeyni adına Beynəlxalq Hava Limanının terminal ərazisində iki avtobus toqquşub. Qəza nəticəsində 40 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.