İran hücum qərarı verib? - <font color=red> İDDİA</font>

Dünya

03.01.2021 - 15:35

İsrail Ordusu İranın mümkün hücumlarına qarşı hazırlıq görür

 

İsrail Ordusunun İranın mümkün hücumlarına qarşı hazırlıq gördüyü iddia edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İranın başqa bir ölkə vasitəsilə İsrailə zərər verməyə çalışdığı və bu ölkələrin İraq və ya Yəmən ola biləcəyi iddia edilib.

 

İsrail Ordusu rəsmi Tehranın hazırda belə bir əməliyyata hazırlaşdığını, həmçinin İraqdakı İran tərəfdarları, yaxud Yəməndəki husilər vasitəsi ilə İsrailə qarşı əməliyyatlar təşkil edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, İsrailin baş qərargah rəisi Əviv Koçavi ölkəsini iranlı nüvə alimi Möhsün Fəxrizadənin ölümündən məsul tutan İrana “İsrailə hücum etməməsi” barədə xəbərdarlıq etmişdi.

Müəllif: Ayna.az