Müdafiə naziri: "Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar"
İran Müdafiə Nazirliyinin rəhbəri, briqada generalı Məhəmməd Rza Aştiani Qəzza zolağında müharibənin davam edəcəyi təqdirdə ABŞ-ın ciddi zərbə alacağını deyib.
AYNA xarici mediaya istinadən bildirir ki, Aştiani ABŞ-a tövsiyə verib: "Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar, həmçinin atəşkəsi təmin etsinlər. Əks halda, ABŞ ciddi zərbə alacaq".