İrakli Kobaxidze İlham Əliyevə zəng edib

Xəbərlər

24.12.2024 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AYNA xəbər verir ki, İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş