Azərbaycan Belarusa hərbçi göndərib

Xəbərlər

30.07.2019 - 13:46

“BOO-2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qrupu Belarusa yola düşüb

 

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Belarusa yola düşüblər.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.

Müəllif: Ayna.az