"Instagram"ın işində problem yaranıb

Dünya

11.06.2020 - 08:29

İstifadəçilərin 53 faizi xəbər lentinin açılmasında çətinlik çəkib 

 

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

 

AYNA-nın məlumatına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya və Avropanın bir sıra ölkələrindən istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.

 

Qeyd olunur ki, istifadəçilərin 53 faizi xəbər lentinin açılmasında, 31 faizi səhifələrinə daxil olmaqda, 15 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.

 

Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.

Müəllif: Ayna.az