İnhisarçılar yenə iş başında: <font color=red> Səbəbsiz qiymət artımı</font>

Cəmiyyət

02.07.2020 - 17:53

“Qiymətlərin qalxması bazardakı bir neçə oyunçunun təşəbbüsüdür”

 

Azərbaycanda siqaret və digər tütün məhsullarının qiyməti 0,10 manat (10 qəpik) bahalaşıb. Satıcıların sözlərinə, mağazalardakı qiymət artımı topdansatış məntəqələrində bahalaşma ilə əlaqədardır.

 

Məsələ ilə bağlı AYNA-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, tütün məhsullarının qiymət artımı üçün obyektiv səbəblər yoxdur: “İlin əvvəlindən etibarən tütün məhsullarının aksiz dərəcələri və gömrük rüsumları artıq qaldırılıb. Bundan sonra bu ilin yanvar-fevral aylarında qiymətlərdə artım müşahidə edildi. Çox güman ki, indiki c. Bu seqmentdə fəaliyyət göstərən şirkətlərin sayının az olmasını nəzərə alaraq, bazar inhisara alınır və monopolistlər istədikləri zaman qiymətləri artırırlar”.

Müsahibimiz hesab edir ki, bazar oyunçuları qiymət artımını logistika və xammalın bahalaşması ilə izah etməyə çalışacaqlar: “Lakin bu arqumentlər yersizdir. Etiraf etmək lazımdır ki, sərhədlərin bağlanmasına görə nəqliyyat-daşınma faktiki olaraq bahalaşıb. Amma bu bahalaşmanın miqdarı o qədər deyil ki, onu kompensasiya etmək üçün hər siqaret qutusunu 10 qəpik bahalaşdırasan. Azərbaycanda satılan tütün məmulatlarının çox böyük hissəsi xaricdə istehsal olunur və oradan ölkəyə gətirilir. Yerli siqaret istehsalı üçün də tütün xaricdən gətirilir. Sərhədlərin bağlanması nəticəsində yol xərcləri artıb, bəzən avtomobillər sərhəddə həftələrlə gözləyir, sürücülər daha yüksək maaş tələb edirlər və s. Lakin hazırkı qiymət artımının bu xərclərlə heç bir əlaqəsi yoxdur. Bazardakı inhisarçıların qiymət qaldırmaq məsələsində daha bir arqumenti dünya bazarında tütünün qiymətinin artmasıdır. Düzdür, tütünün qiyməti ay ərzində 1-1.5% bahalaşdı, lakin bu, mütəxəssislərin fikrincə, əhəmiyyətli rəqəm deyil”.

 

Cəfərli, həmçinin siqaretin qiymətinin artması ilə devalvasiya gözləntisi artması arasında birbaşa əlaqə görmür: “Düşünmürəm ki, bu məsələlər arasında birbaşa əlaqə var. Ancaq hər halda, devalvasiya gözləntiləri qiymət artımına təsir edə bilər, çünki biz tütün və hazır məhsulları dollarla alırıq. İdxalın coğrafiyası genişdir - siqaretlər Türkiyə, Avropa, Bolqarıstan, Qazaxıstan, Orta Asiyadan, əksəriyyəti isə Ukraynadan gətirilir”.

 

Söhbətləşdiyimiz satıcıların dediklərinə görə, hələlik pərakəndə satış şəbəkəsinin əksər nöqtələrinə yeni qiymətlərlə yeni siqaret partiyaları gətirilməyib, bəzi mağazalar və köşklərdə siqaretlərin köhnə qiymətlərlə satışına rast gəlmək mümkündür.

Müəllif: Tanya Samsonova