Bu gündən etibarən minimum əməkhaqqı atdı

Cəmiyyət

01.09.2019 - 10:25

180 manatdan 250 manata çatdırılıb

 

Bu gündən etibarən Azərbaycanda minimum əməkhaqqı artır. AYNA xəbər verir ki, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

 

Qeyd edək ki, minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. 

Müəllif: Ayna.az