Millət vəkillərinin hərəsi Fonda 500 manat ödəyib

Cəmiyyət

04.07.2019 - 14:23

Siyavuş Novruzov: “Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq”

 

“Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı Fonda 20 min manat köçürüb”.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

 

O bildirib ki, Milli Məclisin hər bir deputatı Fonda 500 manat yardım pulu köçürüb: “Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulublar. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq”.

Müəllif: Ayna.az