İlon Mask dünyanın ən varlı insanı oldu

Dünya

07.01.2021 - 23:10

Onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir

 

“SpaceX” və “Tesla” texnologiya nəhənglərinin sahibi Elon Mask dünyanın ən varlı insanına çevrilib. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, elektromobil bazarındakı qiymət artımı hazırda 4,8% təşkil edir və bu, “Tesla” sahibinin milyarderlərin reytinqindəki mövqeyinin ilk pilləyə qalxmasına imkan verib. Tender hazırda da davam edir.

 

Məlumata görə, onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir, Bezosun sərvəti isə ondan 1,5 milyard dollar azdır.

 

“Amazon” sahibi 2017-ci ilin oktyabr ayından bəri reytinqə başçılıq edirdi. E.Maskın sərvətinin son bir ildə 150 milyard dollar artdığı deyilir.

Müəllif: Ayna.az