İdmançımız İsgəndəriyyədə təşkil olunan Qran-Pri turnirində mükafatçılar sırasına düşüb
İkiqat paralimpiya çempionu, Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində təşkil olunan Qran-Pri turnirində mükafatçılar sırasına düşüb.
AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində tatamiyə çıxan təcrübəli idmançımız yarışı bürünc medalla başa vurub.
Üçüncü yer uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gələn İlham Zəkiyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.