Hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 70 yaşlı kişi xəsarət alıb.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
1956-cı il təvəllüdlü Nadir Əmənov yolu keçərkən “Ford Transit” markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.