Fidan: "İran münaqişəsinin həlli üçün səylər davam edəcək”

Dünya

22.11.2026 - 14:25

“Biz də bu istiqamətdə mümkün olan hər şeyi edirik”

Rəsmi Ankara ABŞ-İran razılaşmasını gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"İran münaqişəsinin həlli üçün səylər davam edəcək. Ümid edirəm ki, uğurlu olacaq. Biz də bu istiqamətdə mümkün olan hər şeyi edirik. ABŞ və İran arasında razılaşmalar təkcə Hörmüz boğazı ilə bağlı məsələlərin həlli üçün deyil, həm də qlobal maliyyə böhranının aradan qaldırılması üçün vacibdir", - Fidan “TGRT Haber” televiziya kanalının efirində bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi əvvəllər ABŞ-ın mövqeyini dəyişməli və Hörmüz boğazının açılması ilə bağlı danışıqlara başlamaq üçün Tehranla sülh razılaşmasına nail olmaq niyyətini açıq şəkildə bildirməli olduğunu bildirmişdi.

Bu arada, Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı yüksək vəzifəli mənbəyə istinadən bildirib ki, ABŞ və İran arasında dolayı danışıqlar ölkədə saxlanılan zənginləşdirilmiş uranla bağlı fikir ayrılıqları səbəbindən dalana dirənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş