Teymur Rəcəbov dünya reytinq sıralamasında 9-cu pillədə qərarlaşıb
FİDE aprel ayı üçün növbəti reytinq siyahısını açıqlayıb. AYNA xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın cəmi bir təmsilçisi qalıb.
Belə ki, Teymur Rəcəbov 2765 xalla dünya reytinq sıralamasında 9-cu pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girinin irəliməsi nəticəsində "10-luq"da mövqeyini itirib. Məmmədyarov 2764 xalla 11-ci pillədə qərarlaşıb.
Digər şahmatçılarımızdan Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov isə 91-ci pillədə qərarlaşıb.