Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda gecə 5-9, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti olacaq.