Futbolçunun COVID-19 testi müsbət çıxıb
Portuqaliya millisinin və "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
Məlumata görə, COVID-19 testi müsbət çıxan təcrübəli forvard İsçevlə qarşılaşmada iştirak edə bilməyəcək.