Qazaxda iki nəfər bıçaqlanıb

Hadisə

22.11.2026 - 13:44

Hər iki şəxsə tibbi yardım göstərilib

Qazaxda iki nəfər bıçaq xəsarəti alıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş