Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatıb

İdman

09.06.2021 - 03:35

Şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar

 

Bu gün “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

 

AYNA xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.

 

Qarşılaşma heç-heçə ilə başa çatıb.

 

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

 

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

 

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə