Millətlər Liqasında daha bir oyun təxirə salınıb

İdman

18.11.2020 - 02:45

Görüşün ləğvinə koronavirus pandemiyasını səbəb olub 

 

Futbol üzrə UEFA Millətlər Liqasında daha bir oyun ləğv edilib. AYNA xəbər verir ki, qrup mərhələsinin 6-cı turunun bu günə nəzərdə tutulan İsveçrə – Ukrayna matçı baş tutmayacaq.

 

Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğu diqqətə çatdırılıb. Məsələ burasındadır ki, Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb. Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.

 

Ukrayna yığmasında koronavirus testi müsbət çıxan futbolçular Ruslan Malinovski, Sergey Krivtsov, Junior Moraes, Eduard Sobol, Yevgeni Makarenko və Dmitro Riznikdir. Onlardan başqa məşqçi İvan Baştovıda da koronavirus aşkarlanıb.

 

Qeyd edək ki, iki gün öncə Rumıniya – Norveç matçı da eyni səbəbdən təxirə salınmışdı.

Müəllif: Ayna.az