İlham Əliyev Moskvaya gedib

Xəbərlər

11.01.2021 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Prezident rusiyalı həmkarının dəvəti ilə Rusiyaya səfər edib

 

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir.

 

Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

 

Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqlar aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş