Göyçayda yanğın olub

Hadisə

01.09.2019 - 13:04

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Göyçay rayonunun Çərəcə kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğından ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: Ayna.az