Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şirvanda xüsusi əməliyyat keçirib

Xəbərlər

13.08.2019 - 14:23

Faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayevsaxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

 

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

 

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. 

 

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə