Güclü külək piyadalar üçün təhlükə yaradıb - <font color=red> VİDEO</font>

Xəbərlər

07.10.2019 - 12:31

Hər an dirəyin aşma təhlükəsi var

 

Bu gün səhər saatlarından başlayan güclü külək sürücülər və piyadalar üçün də təhlükə yaradıb.

 

AYNA xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində "STOP" və "4.1.4 düzünə yə ya sağa" nişanı quraşdırılmış dirəyi külək yerindən oynadıb. Hər an dirəyin aşma təhlükəsi var.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AYNA-ya açıqlamasında bildirib ki, bu barədə artıq əməkdaşlara xəbər verilib, tez bir zamanda problem həllini tapacaq.

Müəllif: Ayna.az