Bəşər Əsədə bağlı qüvvələrlə müxalifıər arasında şiddətli döyüşlər başlayıb
Türkiyə və Rusiya liderlərinin Moskvada atəşkəs razılaşması əldə etməsinin ardınca İdlibdə yenidən qarşıdurma başlayıb. AYNA xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, Bəşər Əsədə bağlı qüvvələrlə müxalif cihadçılar arasında meydana gələn qarşıdurmada 15 nəfər həlak olub.
Qeyd edək ki, dünən Rusiyanın paytaxtı Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında 6 saatlıq görüş baş tutmuşdu. Görüşdə əldə olunan razılaşmaya əsasən, İdlibdə atəşkəs elan olunmuşdu.