Dmitri Peskov: “Bizim gözləntimiz böhranla bağlı ümumi konsensusa nail olunacağıdır”
Suriyanın İdlib vilayətində Türkiyə ilə Rusiya arasında gərginlik durmadan artır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu gün İdlibdə Suriya ordusunun hücumları nəticəsində daha iki türk əsgəri şəhid olub, altı əsgər isə yaralanıb.
Hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşlə bağlı rəsmi Moskvadan açıqlamalar verilib.
Belə ki, Kreml sözçüsü Dmitri Peskov görüşdə hər iki liderin ortaq məxrəcə gələcəyinə inandıqlarını bildirib: “Sözügedən görüşdə İdlib böhranını həll etməyi planlaşdırırıq. Bizim gözləntimiz böhranla bağlı ümumi konsensusa nail olunacağıdır”.