Hökumət koronavirusun daha geniş yayılmaması üçün sərt tədbirləri davam etdirir
Hindistanın Baş Naziri Narendra Modi koronavirusun yayılmasını önləmək məqsədilə karantin rejiminin mayın 3-dək uzadıldığını bəyan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Modi virusun “ayağının dəymədiyi” bölgələrin də infeksiyadan qorunmasının karantin sayəsində mümkün olduğunu deyib.
“Bütün həmvətənlərimdən xahişim odur ki, koronavirusun yeni ərazilərə heç bir halda yayılmasına icazə verilməsin. Virusun ocağı olan bölgələr nəzarətdə olsa, yayılmanın qarşısı alınacaq”, - Baş nazir bildirib.
Məlumat üçün deyək ki, 1,3 milyard əhalisi olan Hindistanda 21 günlük karantin rejimi bu gün başa çatmalı idi. Martın 24-dən tətbiq olunan karantin qaydaları növbəti ayın 3-dək uzadılmış oldu.