Hindistan-Nepal sərhədində güclü zəlzələ olub

Dünya

04.11.2023 - 00:27

cedabet dərman SEO Xidməti

Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib

Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 maqnitudada qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş